Rusiya prezidenti Vladimir Putin Moskvada Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani ilə görüşüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin ofisindən verilən yazılan açıqlamada bildirilir ki, Bərzani Putinin rəsmi dəvətindən sonra Moskvadakı “Qələbə Meydan”ında 9 may zəfər bayramı üçün keçirilən tədbirə qatılıb.

Açıqlamada bildirilir ki, hərbi paraddan sonra Putin və Bərzaninin ikitərəfli görüşü keçirilib. Məlumata görə, Rusiya ilə Şimali İraq Kürd Muxtariyyətinin arasındakı münasibətlərin indiki və gələcəkdəki vəziyyəti müzakirə edilib. Bildirilib ki, Putin Şimali İraq Kürd Muxtariyyətinə başda iqtisadiyyat və enerji olmaqla hər sahədə açıq dəstəyini ifadə edib. Bərzani isə Moskvaya dəvətə və qəbula görə Putinə təşəkkür edib.

Günay Elşadqızı / METBUAT.AZ