Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxmaq qərarı müzakirə edilib. ABŞ-ın qərarını doğru hesab etmədiyini bildirən Ərdoğan, Türkiyə olaraq ortaq fəaliyyət planının qorunmasının tərəfindən olduqlarını qeyd edib.
Dövlət başçılarının ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək məsələsini də müzakirə etdiklərini bildirilib.
Günay Elşadqızı / METBUAT.AZ