“Regionda yeni gərginliklər istəmirik”

İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkellə telefonla danışıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Həsən Ruhani bölgədə yeni gərginliklər istəmədiyini deyib.

Ruhani bildirib ki, ABŞ prezidenti Donald Trampın ölkəsini nüvə razılaşmasından geri çəkməsi beynəlxalq hüquqa zidddir. Onun sözlərinə görə, bu, beynəlxalq arenada istənməyən nəticələrə və zərərə səbəb olacaq.

Ruhani Avropa ölkələrindən ABŞ-ın qərarından sonra İranın müqavilədəki maraqlarının necə qarantiya altına alınmalı olduğu ilə bağlı ən qısa zamanda dəqiq şəkildə açıqlanmasını istəyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR