ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra bu gün ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürüləcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi Qüdsdəki yeni səfirlik binasının yerləşdiyi küçəyə əlavə qüvvələr yerləşdirib. Trampın qızı və kürəkəni açılışda iştirak etmək üçün İsrailə gəliblər. Trampın özünün isə tədbirə videokonfrans vasitəsilə qatılacağı gözlənilir.

Fələstində əhali ABŞ-ın qərarına etiraz olaraq aksiyalara başlayıblar. Minlərlə insanın iştirak etdiyi aksiyada İsrailin qüvvələrinin atəş açması nəticəsində 2 fələstinli yaralanıb.

Qeyd edək ki, 46 ölkədə etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ