Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankınkreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindəntəsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16.30-da təyin edilib.

ƏSF-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.

Bakı Apellasiya Məhkəməsi

Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Telefon: (99412) – 538-16-08, 538-19-02

Faks: (99412) – 510-53-48

Əmanətlərin Sığortalanması Fondu

Bakı şəhəri, Babər prospekti, 16

Telefon: (99412) 596-65-91/92/93

Qaynar xətt - 941