Yüzlərlə aktivist London küçələrinə çıxaraq İsraildən Qəzzaya qarşı ədalət tələb ediblər.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, əllərində "Ölümlərə qarşı çıx, Qəzza üçün mübarizə apar!", "İsrail qətliamı dayandırsın!" kimi sözlər yazılan plakatlarla küçələrə yığışan vətəndaşlar fələstinlilərə dəstək olub, Qəzza zolağında baş verənlərə etirazlarını bildiriblər.

Londonlular da fələstinlilərə dəstək üçün küçələrə axışdılar - FOTO

Qüdsdə ABŞ səfirliyinin açılışına görə İsrail ordusu ilə Qəzzada baş verən qarşıdurmada ölən fələstinlilərin sayı 61-ə çatıb, minlərlə yaralı var. Ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. BMT baş katibi İsraili təmkinli olmağa çağırıb. Türkiyədə 3 günlük matəm elan olunub. Bir neçə ölkə İsraildəki səfirini geri çağırıb.

Qeyd edək ki, bu gün Nyu-Yorkda da Qəzzadakı hadisələrlə bağlı etiraz aksiyası keçirilib.

Bəxtiyar Umarlı
Milli.Az