Surabay şəhərində terror aktı törətməkdə şübhəli bilinən şəxsin evində 50-dən artıq partlayıcı qurğu aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Densus polis idarəsinin əməkdaşları sözügedən terror aktı ilə bağlı 88 əməliyyat keçirib.

Qeyd edək ki, ötən bazar və bazar ertəsi törədilən 5 partlayışda 15 nəfər dinc sakin, 13 terrorçu-kamikadze ölüb. Həmçinin 50-dən çox insan xəsarət alıb.

Milli.Az