İngiltərənin Avropa Birliyindən çıxmasından sonrakı (Breksit) keçid dövrü 2020-ci ildə başa çatacaq.
Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, Avropa mediasında yayılan xəbərlərdə İngiltərənin AB-dən ayrıldıqdan sonra Gömrük İttifaqında qalmaq istəyəcəkləri iddia edilib.
Böyük Britaniyanın baş naziri Tereza Mey, AB liderlərinin zirvəsi üçün getdiyi Sofiyadan məsələ ilə bağlı açıqlama verib və yayılan iddiaları təkzib edib:
“Bu yalandır. Böyük Britaniya, Avropa İttifaqını tərk etdikdən sonra Gömrük İttifaqını da tərk edəcək. Avropa Birliyi ilə gələcək gömrük sazişlərini təbii ki, müzakirə edəcəyik və bu məqsədlə üç hədəf müəyyən etmişəm. Bu hədəflər Böyük Britaniyanın dünyanın qalan hissəsi ilə öz ticarət siyasətinə sahib olması, AB ilə problem yaşamadan öz ticarətini davam etdirmək və İrlandiya ilə sərt sərhədin olmamasıdır”.
Qeyd edək ki, “The Telegraph” qəzetindəki məqaləyə görə, İngiltərənin sərhədlərini idarə etmək və işlətmək üçün lazım olan texnologiya 2021-ci ilədək hazır olmasa, Gömrük İttifaqında qalacaq.
Günay Elşadqızı / METBUAT.AZ