Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer Avropanın öz maraqları üçün mübarizəyə hazır olduğunu bildirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın ARD televiziyasına açıqlama verən P.Altmayer açıqlamasında deyib: “ABŞ, “əvvəlcə Amerika” düşüncəsi ilə hərəkət etsə, Avropanın da eyni cavab verəcəyini nəzərə almalıdır. ABŞ bizim müttəfiqimiz və tərəfdaşımızdır, ancaq biz də ortaq dəyərlərimizi müdafiə etmək məcburiyyətindəyik. ABŞ öz iqtisadiyyatı üçün maraqlarını digərlərinin qarşısına qoyursa, bu halda Avropa da öz maraqları üçün mübarizəyə hazırdır.

Günay Elşadqızı / METBUAT.AZ