​Azərbaycana Birgə Yardım Təşkilatı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 18-də Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri xanım Qven Börçel ilə görüşüb.

Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı UAFA-nın fəaliyyəti yüksək qiymətləndirilib, təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb.

Ölkədə uşaqlarla, onların sağlam gələcəyi ilə bağlı böyük layihələr həyata keçirildiyi, bu siyasətin davam etməkdə olduğu diqqətə çatdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələrin həyata keçirilməsindən danışılıb.

Qeyd edilib ki, UAFA-nın Bakı ilə yanaşı regionlarda da uşaqlar və onların ailələri üçün pulsuz sosial xidmət mərkəzləri mövcuddur.

Təşkilatın qayğıya ehtiyacı olan məcburi köçkün ailələrinə və uşaqlarına hər zaman dəstək göstərməyə hazır olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR