“İrana tarixdəki ən güclü sanksiyalar tətbiq olunacaq”

ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni İran siyasəti və sanksiyalarının detallarını açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, nüvə razılaşmasının qüsurlar səbəbindən ləğv edildiyini deyən Pompeo, ABŞ-ın razılaşma üçün yeni müzakirələr aparmayacağını bildirib.

ABŞ xarici işlər naziri qeyd edib ki, İrana qarşı tarixdəki ən güclü maliyyə təzyiqi və ən güclü sanksiyalar tətbiq olunacaq. Onun sözlərinə görə, Tehran administrasiyası siyasətini dəyişməsə, İran iqtisadiyyatını ayaqda saxlaya bilmək üçün mübarizə aparmaq məcburiyyətində qalacaq.

Pompeo İrana qarşı ABŞ-ın 12 maddəlik tələbinin siyahısını açıqlayıb. Siyahıda İran qüvvələrinin Suriyadan çıxarılması tələbi də var: “Ümid edirəm ki, Tehran, ABŞ rəhbərliyinin tələblərini nəzərə alıb fərqli siyasət aparacaq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR