ABŞ Venesuelaya qarşı yeni sanksiya tətbiq edir

ABŞ prezidenti Donald Tramp Venesuela hökumətinə yeni iqtisadi sanksiyalar tətbiq etmək üçün fərmanimzalayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan qərara görə, amerikalılara Venesuela hökumətinə istiqamətlənən ticarət əməliyyatlarını aparmaq qadağan edilib. Qərar eyni zamanda ölkənin neft və digər sahələrində ticarətin yalnız nəğd qiymətə aparıla biləcəyini nəzərdə tutur.

Qeyd edək ki, Trampın Venesuelaya tətbiq olunacaq sanksiya ilə bağlı fərmanı dövlət başçısı Nikolas Maduronun 20 mayda keçirilən prezident seçkilərini ilk turda qazanmağından sonra verilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR