Şimali Koreya nüvə sınağı qurğularını bağlayır

Son zamanlar Cənubi Koreya ilə yaxınlaşan Şimali Koreya nüvə sınağı qurğularını bağlayır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərb ölkələri və Çin xəbər agentliklərindən təxminən 25 jurnalist nüvə sınağı qurğuları bağlanmasına şahid olmaq üçün bu gün Şimali Koreyaya səfər edib.

Pxenyan, mayın 23-25-də Punggyeri qurğularının bağlanmasını izləmək üçün beynəlxalq mediadan az sayda jurnalist dəvət edib, ancaq heç bir texniki eksperti çağırmayıb.

“Associated Press”, “CNN”, “CBS”, “Russia Today” və Çinin dövlət mediasının nümayəndələri təyyarəylə Şimali Koreyaya səfər etmək üçün Çin hava limanına gediblər. ABŞ, Şimali Koreyadan qurğuların bağlanmasının qalıcı və geri dönüşü olmayan, eyni zamanda məlumatlarının açıq olmasını istəyib.

Qeyd edək ki, Pxenyan uzun illər ciddi rəqabət yaşadığı Cənubi Koreya və ABŞ-la son dövrdə apardığı görüş və danışıqlardan sonra nüvə sınağı qurğularını bağlayacağını açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR