Bəhreyn ABŞ-ın İran strategiyasını dəstəklədi

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Mayk Pompeo İranla bağlı strategiyanı açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo, “İqtisadi rifahdan iranlılar deyil, İran rejimi faydalanır” deyib. O, bildirib ki, ABŞ İrana qarşı tarixdəki ən ağır sanksiyaları tətbiq etməyə hazırlaşır. Bu açıqlamadan sonra isə Bəhreyn ABŞ-ın İranla bağlı strategiyasını tam dəstəklədiyini bəyan edib.

Bəhreyn Xarici İşlər Nazirliyinin ABŞ-ın İranla bağlı açıqlamasına aid bəyənatında deyilir: “Bu, Tehran siyasətinin təhlükəsizlik və sabitliyi baltalamaq riskinin qarşısını almaq, nüvə razılaşmasının əskikliklərini aradan qaldırmaq və İranın ballistik raket proqramının yol açdığı təhdidi ortadan qaldırmaq üçün dayanıqlılığı əks etdirir. İran, sülhün təmin edilməsi və bölgənin nüvə silahlarından təmizlənməsi üçün sərf edilən səylərə qarşılıq verməsindən əlavə, terrorçulara dəstəyinə də son qoymalı və region dövlətlərinin daxili işlərinə müdaxilə etməməlidir”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR