Şadlıq sarayının qarşısında avtobus piyadanı vuraraq ağır xəsarət yetirib

Şadlıq sarayının qarşısında avtobus piyadanı vuraraq ağır xəsarət yetirib
08:42 23 May 2018
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az report.az-a istinadən bildirir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/653008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR