​Binanın mansardından ucuz ev almaq istəyənlər

Yeni tikilən yaşayış binalarının mansard hissəsindən ev alanların əksəriyyəti bu gün çıxarış (kupça) almaqla bağlı problem yaşayır.

Mütəxəssilər bildirirlər ki, buna səbəb mənzilin sanitar-gigiyenik, təhlükəszilik tələblərinə cavab verməməsidir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov qeyd edib ki, yaşayış üçün uyğun olan mansard evlər satıla və reyterə daxil edilə bilər:

“Yaşayış yeri tam standartlara cavab verməlidir. Bu gün elə binalar var ki, onların mansadt hissəsi daha baha satılır, nəinki adi hissələri. Yaşamaq üçün yararlılıq standartları var. Bu, Mənzil Məcəlləsi və digər normativ aktlarla müəyyən olunur. Sovet dövründə bir başqa idi, indi bir başqadır.

Həmin mənzillər bina tikilən zaman yaşayış sahəsi kimi sənədləşdirilir. Lakin edilmədikdə həmin hissə qeyri-yaşayış sahəsi olaraq qalır. Qeyri-yaşayış sahəsini yaşayış sahəsinə keçirmək üçün isə lazımi bir neçə prosedurdan keçmək lazımdır. Onun da yolu Mənzil Məcəlləsində göstərilir. Bunu etmədən həmin evlər reysterə daxil edilmir. Bəzən MTK-lar binanın mansardını reysterə daxil edilməsini təmin etmədən insalara satır, sonra isə aradan çıxırlar. Yaxşı olardı ki, mansardda ev almaq istəyən şəxslər mənzilin statusunu öncədən öyrənsinlər. Alan adam bilsin ki, mansard layihə smeta sənədlərində yaşayış sahəsi sayılır, ya yox”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Kupça" problemi yaşayanlar, DİQQƏT! - Yeni binalardan mənzil alarkən... – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR