Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Tüm Sanayici İşadamları Derneğinin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib. İdman yarışına 8 komanda qoşulub.
Azərbaycan, Türkiyə, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın 100 İL kubokunu komandaya təqdim edib.