Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının vahid cəbhə bölməsinin rəisi Kim Yon Çxol ABŞ - KXDR sammitinə hazırlıq üçün Nyu-Yorka səfər edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yüksək rütbəli Pxenyan rəsmisi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Söhbət zamanı ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında planlaşdırılmış görüşün detalları müzakirə ediləcək.

Bu 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir.