Dağıdıcı planın DETALLARI, Qarabağda inqilab XƏBƏRDARLIĞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
114 baxış·6 dəq oxu
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll
edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara
hazırdır. Vaşinqton Moskvadan Birləşmiş Ştatların daxili işlərinə
müdaxiləsinə son qoymağı tələb edib. Donald Tramp Suriyada ABŞ
ordusunun təşkil etdiyi silahlı hücumun gizli məqamlarını açıb.
Bəşər Əsəd ABŞ-dan Suriya ərazisini tərk etməyi istəyib. Ukrayna
prezidenti ölkənin cənubi-şərqində münaqişənin güc yolu ilə həll
variantını rədd edib. KXDR Birləşmiş Ştatlardan sanksiyaların
ləğvini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasını
tələb edib.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki,
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində
irəliləyişə nail olmaq üçün substantiv danışıqlara
hazırdır. Bunu Ermənistan xarici işlər nazirinin
açıqlaması ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq XİN-nin
Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi
köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.
Danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində bizə
təkliflər daxil olduğu halda kütləvi informasiya vasitələrinə bu
barədə məlumat veriləcəkdir.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ bölgəsində üsyan başlayır. “Arsax
işığı” (Dağlıq Qarabağ) hərəkatının üzvləri Vaan Badasyan, Qrişa
Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan,
Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar
Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan,
Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan
Qarabağdakı Bako Saakyan rejiminin əleyhinə bəyanatla çıxış
ediblər.
Qarabağda vəziyyət dəyişdi, ermənilər ayağa qalxır - Bakı hərəkətə KEÇƏ BİLƏR
Ermənilərin milli kimliyi ilə bağlı zaman-zaman
maraqlı informasiyalar yayılır. Növbəti maraqlı məlumatı Beynəlxalq
Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri
Göksel Gülbey yayıb. G.Gülbey ermənilərin ulu
babalarının türklər olduğunu deyib.
Ermənilər türkdür? - Yəhudilər onların kökü ilə bağlı SENSASİYALI SİRLƏRİ AÇDI - FOTO
Fəratın qərbində işimiz tamamlandı, şərqində də
eynisi olacaq. Bu sözləri Türkiyənin Baş naziri
Binəli Yıldırım deyib.
“Bunun başqa yolu yoxdur. Heç bir zaman terrorla üz-üzə yaşaya
bilmərik. Buna icazə vermərik. Arxasında Amerika da olsa, fərq
etməz. Məsələ məmləkət məsələsi olanda geri qalanlar təfərrüatdır.
Bizim şüarımız budur. İndi Menbiç məsələsində təkidlərimizin
nəticəsində bir nöqtəyə gələ bilmişik və geri addım atmayanlar
yavaş-yavaş “bu işi oturub danışaq” deyirlər”, - baş nazir
bildirib.
ABŞ Prezidenti Donald Tramp fevral ayında Suriyada,
Deyrizorda ABŞ ordusunun təşkil etdiyi silahlı hücumun gizli
məqamlarını açıb.
Tramp ABŞ-ın 300 rus əsgərini öldürdüyünü ETİRAF ETDİ
“ABŞ Suriyaya zərbələr endirməklə hər gün beynəlxalq
hüququn normalarını tapdalayır. Dünyanın istənilən ölkəsi belə
hücumun obyekti ola bilər”. Bunu Suriya prezidenti
lideri Bəşər Əsəd “Russian Today” telekanalına müsahibəsində
deyib.
“Bu zərbələr üçün hüquqi əsaslar varmı? Onların təyyarələri
burada niyə uçur? Reallıqda terrorçuları dəstəkləyən “terrorçuluğa
qarşı koalisiya”nın hərəkətləri üçün hüquqi əsaslar varmı? Yoxdur”,
- o bildirib.
Prezident qeyd edib ki, ABŞ və onların Qərbdəki marionetkaları
beynəlxalq hüququn normalarına riayət etmir və buna görə də
gələcəkdə Suriyaya mümkün zərbələrin təkrarlanmayacağına dair
zəmanətlər yoxdur.
Suriya prezidenti bildirib ki, ABŞ Suriya ərazisindən
getməlidir.
Əsəddən ABŞ-a MESAJ: “Bu, gec-tez baş verməlidir”
İsrailin Baş naziri Benyamin Netanyahu 2011-ci ildə
İranla müharibəyə başlamaq barədə orduya göstəriş
verib. Bu sözləri yerli televiziyalardan birində
çıxışı zamanı MOSSAD-ın rəhbəri Tamir Pardo deyib.
Pardonun sözlərinə görə, Netanyahu 15 gün ərzində müharibəyə
başlamaq üçün ordu rəhbərliyinə əmr verib. Netanyahunun müharibə
əmrinin təlim xarakteri daşımadığını bildirən Pardo baş nazirin bu
qərarı ABŞ-a İranla bağlı təzyiq göstərmək üçün verildiyini qeyd
edib.
MOSSAD-ın keçmiş rəhbəri müharibə ilə bağlı əmrdən sonra istefa
vermək barədə düşündüyünü də qeyd edib.
Xatırladaq ki, İsrailin keçmiş baş naziri və 2011-ci ildəki
Netanyahu hökumətinin müdafiə naziri Ehud Barak ölkəsinin
2010-2011-ci illərdə İranı bombalamaq istədiyini açıqlamışdı.
Vaşinqton və Moskva arasında artan gərginlik
tezliklə başqa ölkələrlə ABŞ-ın münasibətlərinə ciddi təsiri
göstərə bilər. Amerika qanunvericiləri bütün dünyada
Kremlin hərəkətlərindən ehtiyat edərək, “Sanksiyalar vasitəsilə
Amerikanın rəqibləri ilə mübarizə haqqında qanun” (CAATSA)
çərçivəsində müdafiə və energetika sferalarında Moskvayla
əməkdaşlıq edən ölkələrə qarşı ikinci sanksiyaları tətbiq edir.
Sanksiyaların qüvvəyə minməsi bütün əlaqədar tərəflər üçün uzağa
gedən nəticələrə gətirib çıxaracaq.
Bu haqda ABŞ-ın tez-tez “MKİ-nin kölgəsi” adlandırılan
“Stratfor” kəşfiyyat-analitik şirkətinin materialında deyilir.
Dünya silah mafiyası ilə ÜZ-ÜZƏ – Amerika kəşfiyyatı dağıdıcı PLANIN DETALLARINI AÇDI
“Moskva Vaşinqtonla gərginliyin zəifləməsinə ümid
edirsə, Birləşdirilmiş Ştatların daxili işlərinə müdaxiləsinə son
qoymalıdır”. Bu haqda Rusiya Xarici İşlər
Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbəti zamanı ABŞ-ın
dövlət katibi Mayk Pompeo bildirib.
“Amerika Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq
Moskva bunun üçün Vaşinqtonda narahatlıq yaradan məsələlərin həlli
üzrə konkret addımların atılmasına hazır olduğunu nümayiş
etdirməlidir. Rusiya Birləşmiş Ştatların daxili işlərinə öz
müdaxiləsini dayandırmalıdır”, - Dövlət Departamentinin başçısı
deyib.
Məlumata görə, Pompeo telefon söhbətinin gedişatında həmçinin
Suriya və Ukraynadakı hadisələrdə Rusiyanın iştirakına toxunub.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi
Nikki Heyli Moskvanı Ukrayna münaqişəsində iştirakına görə tənqid
etmiş və Rusiyanı Krım üzərində nəzarəti Kiyevə qaytarmağa
çağırmışdı.
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri
Kim Çen Inın görüşü ərəfəsində Koreya Xalq Demokratik
Respublikasının (KXDR) hakimiyyəti Birləşmiş Ştatlardan
sanksiyaların ləğvini və iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasından tələb edib. Bu haqda
mənbəyə istinadən Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti
bildirib.
Mənbənin sözlərinə görə, əgər bu tələblər yerinə yetirilərsə,
Pxenyanın nüvə silahına sahib olmasına ehtiyac qalmayacaq.
Daha əvvəl KİV bildirirdi ki, Birləşmiş Ştatlar KXDR barəsində
yeni sanksiyaların tətbiqini qeyri-müəyyən vaxta kimi təxirə
salınması haqda qərar qəbul edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov Pxenyanda Koreya Xalq Demokratik Respublikasının (KXDR)
bacısı Kim Çen Inla görüşüb. Bu haqda Rusiya xarici
siyasət idarəsinin tvitter səhifəsində bildirilir.
Rusiyalı nazir daha əvvəl bildirib ki, KXDR-ə qarşı tətbiq
olunan sanksiyalar tam ləğv olunmadan ölkənin nüvə problemini həll
etmək mümkün deyil.
Bu gün həmçinin Kim Çen Inın sağ qolu olan general Kim Çen Çxol
ABŞ-a gedib. O, 18 ildən sonra ABŞ torpaqlarına gedən ilk ali
səviyyəli Şimali Koreya məmuru olub.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin
cənubi-şərqində münaqişənin güc yolu ilə həll variantını rədd
edib. Poroşenko həmçinin Kiyevin kapitulyasiyanı rədd
etdiyini bildirib.
“Mən sülhə gedən yolda iki sonuncu addımı rədd edirəm:
milyonlarla insanın həyatına son qoyacaq hərbi hücum və
kapitulyasiya”,- o dəqiqləşdirib.