Nikaraquada etiraz aksiyaları zamanı 18 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, etirazlar zamanı daha 218 nəfər xəsarət alıb.
Qeyd edək ki, ölkədə aksiyalar aprel ayının 18-dən davam edir. Etirazçılar sosial sığorta fondlarına işəgötürən və işçilərin köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər.
Ölkə prezidenti artıq bu islahatı ləğv edib.
Milli.Az