Bir sıra milli komandalar hazırlıq oyunlarında güclərini sınayıblar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunların arasında dünya çempionatının iştirakçıları da olub.

Günün ən maraqla gözlənilən qarşılaşmalarından biri Braziliya - Xorvatiya matçı birincilərin qələbəsi ilə başa çatıb. Liverpulda, "Enfild Arena"da keçirilən oyunda "pentakampeonıar" iki cavabsız qola sevinib.

Səudiyyə Ərəbistanı - Peru matçında latın amerikalılar daha asan qələbə qazanıblar - 3:0.

İspaniya - İsveçrə oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Hazırlıq oyunları

3 iyun

Albaniya - Ukrayna - 1:4

Qollar: Ndoy, 89 - Konoplyanka, 31, 90, Yarmolenko, 36, 45+1

Braziliya - Xorvatiya - 2:0

Qollar: Neymar, 69, Firmino, 90+3

Andorra - Kapo Verde - 0:0

Kosta Rika - Şimali İrlandiya - 3:0

Qollar: Veneqas, 30, Kempbell, 46, kalvo, 66

Səudiyyə Ərəbistanı - Peru - 0:3

Qollar: Karrilo, 20, Gerrero, 41, 64

İspaniya - İsveçrə - 1:1

Qollar: Odriozola, 29 - Rodrigez, 62

Milli.Az