27 yaşlı aktrisa Pərvin Abıyeva “Maşın” realiti-şouda bir-birindən cəsarətli libasları ilə pərəstişkarlarını ilhamlandırmağa davam edir.
Publika.az xəbər verir ki, ideal bədən ölçülərinə malik olan kino ulduzu xüsusilə incə belini vurğulamağı xoşlayır. Aktrisa avtomobil uğrunda qızğın mübahisənin getdiyi verilişdə geyim seçimi ilə gecənin əsas ulduzu olmağa nail olub.
“Maşın” realiti-şounun son 3 günündə oyunu ilə deyil, daha çox geyimləri ilə yadda qalan aktrisanın fotolarını təqdim edirik.