Əməkdar artist Cavanşir Məmmədov müğənni Zamiq Hüseynova etiraz edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Zamiqin efirlərə tək çıxmaq istəməsinə Məmmədov əsəbiləşib. O, "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, bu, düzgün addım deyil:

"Hərənin bir cür düşüncəsi var. Biri deyir, tək olmalıyam, kimsəylə çıxmamalıyam. Düz deyil. Konsertlər olanda başqaları ilə bir yerdə oxumursunuz? Bu da efirdir, nə fərqi var? Kim istəyir, gəlsin mənimlə oxusun. Əgər sənin yanında bəyənmədiyin, zəif sənət adamı oturacaqsa, sən onu açıb ortaya qoyacaqsan. Hər kəsin öz adı, sənəti, imzası var. Yanımda kim olur-olsun, mənə fərqi yoxdur".

Milli.Az