Nikaraquada hökümətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 127 nəfər çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, etirazlar zamanı minə yaxın insan xəsarət alıb.
Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib.
BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.
Mili.Az