Türkiyəli ulduzlar "Quality” mükafatlarının təqdim olunma mərasimində geyimləri ilə göz qamaşdırıb.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, dünən keçirilən tədbirdə bir çox məşhur mükafata layiq görülüb. "Qadın ifaçı" nominasiyasında mükafatı Burcu Günəş qazanıb.

"Quality of Magazine” jurnalının 9-cu dəfə təşkil etdiyi gecədə Zara, Kutsi, İntizar, Burcu Günəş, Veysel Mutlu, Dilan Çiçək Dəniz, Çağla Şikel və başqaları iştirak edib.

Gecənin qonaqları dəbdəbəli libasları və dekolteləri ilə yarışa girib.