Qax rayonunda dünən baş vermiş zəlzələ ilə bağlı bir neçə məktəbə ziyan dəyib.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, zəlzələ Marsan kənd tam orta məktəbinə daha çox zərər yetirib: “Belə ki məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib”.

Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir.

“Maşın”ı tərk edən Cavidan Novruz GİZLİNLƏRİ AÇDI - “Gözlərimlə gördüm, hər şey qurma...” - VİDEO - Oxumaq üçün tıkla