Meksika, ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq edəcəyi gömrük vergilərinə qarşılıq verəcəyini açıqlamışdı.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirliyin rəsmi qəzetində nümayiş yeni gömrük tarifləri siyahısında, ABŞ-dan donuz əti, alma və kartof idxalına 20%, pendir və burbon viski növlərinin hamısına 20 ilə 25% arası gömrük vergisi tətbiq olunacaq.

Nazirlik, digər ölkələrdən vergisiz olaraq idxal edilməsi üçün 350 min ton donuz əti kvotası açıldığını da elan edib.