Nikaraquada davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bundan əvvəl hökumətə qarşı keçirilən kütləvi aksiyalarda 127 nəfərin öldüyü bildirilirdi.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.

Milli.Az