Bu gün DÇ-2018-də daha 2 qrupda mübarizə başlayıb.

Komanda.az xəbər verir ki, gün ərzində 4 oyun baş tutub. İlk olaraq Fransa ilə Avstraliya meydana çıxıblar. Heyət baxımından turnirin ən güclülərindən sayılan fransızlar favorit adını doğrultmaq üçün Avstraliya qarşısında çətinlik çəkməməliydi. Lakin bu komanda 3 xalı çox çətinliklə əldə edib.

Qrupun digər qarşılaşmasında Peru və Danimarka milliləri üz-üzə gəlib. Ən azı Cənubi Amerika - Avropa prizmasından yanaşsaq, azarkeşlər darıxmayacaqdı. Maraqlı keçən qarşılaşmanın taleyini yalnız 1 qol həll edib. 3 xalı isə Avropa təmsilçisi bayram edib.

Argentina və İslandiya qarşılaşması maraqla gözlənilirdi. AÇ-2016-dakı çıxışı ilə hər kəsi yaxşı mənada təəccübləndirən adalıların daimi favorit cənubi amerikalılara müqavimət göstərə biləcəyi sual altında idi. Messi və komandası kağız üzərində cütün favoriti idi. Amma məhz Lionelin penaltini qaçırdığı bu görüşdə argentinalılar gözlənilməz xal itkisi ilə üzləşiblər.

Günə Xorvatiya - Nigeriya görüşü ilə yekun vurulub. “Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanırdı. Bu görüşün qalibi böyük ehtimalla qrupda iki vəsiqədən birinə əsas namizəd olacaqdı. Xorvatlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

DÇ-2018. 1-ci tur

C qrupu

16 iyun

Fransa - Avstraliya 2:1

Qol: Qrizmann, 56-pen. Poqba, 81 - Yedinak, 62-pen.

Baş hakim: Andres Kunya (Uruqvay)
Kazan, "Kazan Arena"

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 11. Usman Dembele, 12. Korentin Tolisso, 13. Nqolo Kante, 21. Lyuk Ernandes

Ehtiyat oyunçular: 3. Prenel Kimpembe, 8. Toma Lemar, 9. Olivye Jiru, 14. Blez Matuidi, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfons Areola

Baş məşqçi: Didye Deşam

Avstraliya: 1. Metyu Rayan, 5. Mark Milliqan, 7. Metyu Leki, 10. Robbi Kruz, 11. Endryu Nabbut, 13. Aaron Muy, 15. Mayl Yedinak (k), 16. Aziz Behiç, 19. Coş Risdon, 20. Trent Seynsberi, 23. Tom Rogic

Ehtiyat oyunçular: 2. Miloş Degenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Metyu Yurman, 8. Massimo Luonqo, 9. Tomi Yuric, 12. Bred Cons, 14. Ceymi Maklaren, 17. Daniel Arzani, 18. Denni Vukoviç, 21. Dimitri Petratos, 22. Cekson İrvayn,

Baş məşqçi: Bert van Marveyk

Peru - Danimarka 0:1

Qol: Yussuf Poulsen, 59.

Matçın 45+1-ci dəqiqəsində perulu Kristian Kueva penaltidən yararlana bilməyib (kənara).

Baş hakim: Bakari Qassama (Qambiya)
"Saransk, "Mordoviya Arena"

Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriqes (k), 6. Migel Trauko, 8. Kristian Kueva, 10. Cefferson Farfan, 13. Renato Tapia, 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores

Ehtiyat oyunçular: 3. Aldo Korzo, 4. Anderson Santamariya, 5. Migel Arauxo, 7. Paolo Hurtado, 9. Paolo Gerrero, 11. Raul Ruidas, 12. Karlos Kaseda, 14. Andi Polo, 16. Vilder Kartaqena, 21. Xose Karvalyo, 22. Nilson Loyola, 23. Pedro Akino

Baş məşqçi: Rikardo Qareka

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 6. Andreas Kristensen, 7. Villiam Kvist, 8. Tomas Delaney, 9. Nikolay Yorgensen, 10. Kristian Eriksen, 14. Henrik Dalsqaard, 17. Yens Larsen, 20. Yussuf Poulsen, 23. Pione Sisto

Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 5. Yonas Knudsen, 11. Martin Breytueyt, 12. Kasper Dolberq, 13. Matias Yorgensen, 15. Viktor Fişer, 16. Yonas Lossl, 18. Lukas Leraqer, 19. Lasse Şöne, 21. Andreas Kornelius, 22. Frederik Ronnov

Baş məşqçi: Aqe Hareyde

D qrupu

17:00. Argentina - İslandiya 1:1

Qol: Aquero, 19 - Finnboqason, 24.

Matçın 64-cü dəqiqəsində Messi penaltidən yararlana bilməyib (penalti)

Baş hakim: Şimon Marçinyak (Polşa)
Moskva, "Spartak" stadionu

Argentina: 23. Villi Kabalyero, 3. Nikolas Talyafiko, 5. Lukas Bilya, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 13. Maksimiliano Mesa, 14. Xavyer Maskerano, 16. Markos Roxo, 17. Nikolas Otamendi, 18. Eduardo Salvio, 19. Serxio Aquero

Ehtiyat oyunçular: 1. Nauel Quzman, 12. Franko Armani, 2. Qabriel Merkado, 6. Federiko Fazio, 4. Kristian Ansaldi, 8. Markos Akunya, 7. Ever Baneqa, 20. Covanni Lo Selso, Manuel Lanzini, 22. Kristian Pavon, 15. Enzo Peres, 9. Qonsalo İquain, 21. Paulo Dibala

Baş məşqçi: Xorxe Sampaoli

İslandiya: 1. Hannes Halldourson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson, 7. Yohan Qvyudmundsson, 8. Birkir Byadnason, 10. Qilfi Siqurdsson, 11. Alfred Finnboqason, 14. Kari Arnason, 17. Aron Qyunnarsson (k), 18. Herdur Maqnusson, 20. Emil Hallfredsson

Ehtiyat oyunçular: 13. Runar Aleks Runarsson, 12. Frederik Şram, 5. Sverrir İnqason, 23. Ari Skulason, 3. Samuel Fridyonsson, 15. Holmar Eyuyolfsson, 19. Rurik Qislason, 16. Olafur Skulason, 21. Arnor Traustason, 22. Yon Bedvarsson, 4. Albert Qudmundsson, 9. Byorn Siqurdson

Baş məşqçi: Heymir Hadlqrimsson

Xorvatiya - Nigeriya 2:0

Qol: Oqenekaro Etebo, 32-avtoqol. Luka Modriç, 71-pen.

Baş hakim: Sandro Riççi (Braziliya)
Kalininqrad, "Kalininqrad" stadionu

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 11. Marselo Brozoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 16. Nikola Kaliniç, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivariç

Baş məşqçi: Zlatko Daliç

Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu, 4. Vilfred Ndidi, 5. Villiam Ekonq, 6. Leon Baloqun, 8. Oqenekaro Etebo, 9. Odion İqalo, 10. Con Obi Mikel, 11. Viktor Mozes, 12. Abdullahi Şehu, 18. Aleks İvobi

Ehtiyat oyunçular: 1. İkeçukvu Ezenva, 3. Eldersib Eçyejile, 7. Ahmed Musa, 13. Simeon Nvankvo, 14. Keleçi İheanaço, 15. Joel Obi, 16. Daniel Akpeyi, 17. Oqenyi Onazi, 19. Con Oqu, 20. Şidozie Avaziem, 21. Tironne Ebuehi, 22. Kennet Omeruo

Baş məşqçi: Gernot Rohr