Şimali Koreya nüvə və raket hazırlanması ilə məşğul olan təxminən 3000 obyekt sahibdir.
Publika.az xəbər verir ki, bu haqda Amerika hakimiyyətinin qiymətləndirmələrinə istinadən Cənubi Koreyanın “Munxva ilbo” qəzetinin onlayn-versiyası bildirib.
“Amerika hakimiyyəti 3000-ə qədər belə tikinti və obyekti hesablayıb”, - məlumatlı mənbələrə istinadən qəzet qeyd edib.
Qəzet yazır ki, Şimali Koreyanın nüvə və raket obyektlərinin yoxlanılması zamanı müxtəlif çətinliklərın ortaya çıxacağı güman edilir. Bildirilir ki, denuklearizasiya haqqında Vaşinqton-Pxenyan danışıqları üçün əhəmiyyətləli vaxt lazım olacaq.
Qeyd edək ki, iyunun 12-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda görüş keçirilib. Görüşdə liderlər Koreya yarımadasının denuklerizasiyası haqqında razılaşıblar. Razılaşmaya əsasən, nüvə obyektlərinin məhvi nəzərdə tutulur
Ömər Dağlı