Erməniləri rus əsgər güllələyib

Erməniləri rus əsgər güllələyib
14:11 12 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda bu səhər törədilən qətliam rus əsgəri tərəfindən törədilib.

ANS PRESS-in məlumatına görə, bu gün Ermənistanın Gümrü şəhərində yaşanan dəhşətli hadisənin bəzi məqamları açıqlanıb.

Güllələnərək qətlə yetirilənlərin bir ailənin üzvü olduğu müəyyən edilib. Öldürülənlən ər, arvad, onların oğlu və gəlini, azyaşlı nəvəsi olub.

İlkin məlumata görə, cinayətin törədilməsində 102-ci Rusiya hərbi bazasının əsgəri şübhəli bilinir.

Xatırladaq ki, 12 yanvar tarixində Ermənistanın Gümrü şəhərində səhər bir ailənin altı üzvü güllələnib. Hadisə Myasnikyan küçəsindəki evdə baş verib. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib. Ölənlərdən biri azyaşlıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR