Bakı Beynəlxalq Avtovağzal Kompleksində əsaslı yenidənqurma işləri aparılacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Metbuat.az-a verdiyi xəbərə görə, tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat Qovşağı" layihəsinin əsas məqamları bunlardır:
1. Şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması;
2. Vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası;
3. Şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi;
4. Tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili;
5. Nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması;
6. Heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi; 7.Avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi;
8. Avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması; 9.Taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi;
10. Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması.