"Rusiyanın fəxri", "Dünya çempionatının ən gözəl fanatı", "Ən gözəl rusiyalı futbol xanımı"... Rusiyalı Natalya Nemçinovanı mundial əsnasında belə aldandırırdılar.

Milli.Az bildirir ki, 28 yaşlı N.Nemçinova DÇ-2018-in Moskvadakı "Lujniki" stadionunda keçirilən açılış mərasimindən sonra məşhurlaşmışdı. Başında rus xanımlarının qədim baş geyimi olan "kokoşniki", əynində üzərinə "Rusiya" yazılmış futbolka olan bu qadın bir anın içində populyarlaşmışdı.

Lakin indi bəlli olub ki, Natalya Nemçinova, əslində, model və ya adi azarkeş yox, pornoqrafik filmlərə çəkilən aktrisadır.

O, pornofilmlərə "Natali Nemtchinova", "Natalia Andreeva", "Delilah G", "Danica", "Amanda", "Asya" və "Annabell" təxəllüsləri ilə çəkilib.

Natalya "Alayboy" jurnalına da çəkilib. 2007-ci ildə "Miss Moskva" gözəllik müsabiqəsində qalib gəlmiş N.Nemçinova Fransada keçirilmiş EURO-2016-da da matçları tribunalardan izləmişdi.

Milli.Az