İrəvanı silkələyən döyüş TAKTİKASI, bir neçə saatlıq MÜHARİBƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
236 baxış·15 dəq oxu
Müdafiə Nazirliyi Günnüt kəndinin erməni işğalından azad
edilməsinə dair video yayıb. Müdafiə naziri Naxçıvanda çox uğurlu
əməliyyatın keçirildiyini deyib. Erməni hərbi birləşmələri cəbhədə
yeni istehkamlar tikirlər. Rusiyanın xarici işlər naziri Sergey
Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Türkiyə
Silahlı Qüvvələri Qəndilə yekun hücum ərəfəsində PKK-nın sonuncu
dayaq nöqtəsi hesab olunan Hakurka daxil olub. Rəsmi Tehran
qarşıdakı günlərdə Qərblə imzalanan nüvə sazişini tərk edə
biləcəyini açıqlayıb. ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxıb.
ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yenidən
qaydaya salmaq arzusunu ifadə edib. Rusiya keçmiş Sovet İttifaqı
ölkələrində ABŞ-ın tibbi-bioloji fəallığından narahat olduğunu
açıqlayıb.
Azərbaycan, Dağlıq Qarabağ
Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur
rayonunun Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair
video yayıb.
Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI
Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi
aparır. Lakin onlar bunda da bizə uduzurlar. Bunu
müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
"Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız
gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan
prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv
etdi, Sərkisyan hakimiyyətini bitirdi.
Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi
xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq
yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə
provokasiyalara getməməlidir.
Müdafiə naziriNaxçıvanda çox uğurlu
əməliyyatın keçirildiyini deyib. O qeyd edib ki,
neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Ora bizim
torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min
hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına
gedən yola artıq ordumuz nəzarət edir.
“Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin
norma və prinsipləri çərçivəsində təcili həll
olunmalıdır”. Bu, Avropa İttifaqının rəsmi saytında
dərc olunan Ermənistan-Avropa İttifaqımünasibətləri haqqında
sənəddə qeyd olunur.
“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və
tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili
şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən
Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri
arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən,
Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk
Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına
yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”, - deyə sənəddə əlavə
edilib.
Rusiya əlindən gələn hər şeyi edir ki, Dağlıq
Qarabağ konfliktinin həllinə konstruktiv töhfə verə
bilsin. Bunu jurnalistlərə açıqlamasında Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tam olaraq ATƏT-in Minsk Qrupunun üzvü
kimi öz roluna sadiqdir. O, Qarabağ məsələsinin Rusiya üçün ciddi
məsələ olduğunu deyib.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin
“prezidentinin” “müşaviri” Tiqran Abramyan müharibə qorxularını
açıqlayıb. T.Abramyan Azərbaycan Ordusunun təmas
xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini
iddia edib.
“Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir
və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır.
Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”, -
deyə T. Abramyan iddia edib.
Qeyd edək ki, Ermənistan tərəfi Ordumuzun işğal altındakı Günnüt
kəndini azad etməsindən sonra qorxuya düşüb.
Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ
istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda
keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbər
Ermənistanda şok effekti yaratdı. Ermənistanda hesab
edirlər ki, İrəvan sözügedən helikopterlərin hansı yolla
Azərbaycanın əlinə keçməsini araşdırmalıdır.
“Sputnik” agentliyinin erməni xidmətinə danışan politoloq Suren
Sarkisyanın fikrincə, Amerika helikopterlərinin Azərbaycana satışı
məsələsi Ermənistan və Amerika hökumətləri tərəfindən dəqiq
araşdırmanın predmeti olmalıdır.
Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI - FOTO
“Panorama.am” saytının əməkdaşının sualını
cavablandıran Ermənistanın Müdafiə Nazirliyini mətbuat katibi
Artsrun Ovannisyanın sözlərinə görə, nazirlik Bell-412
helikopterlərinin Azərbaycanın silahlanmasına daxil olması haqqında
məlumatları öyrənəcək.
“Müdafiə Nazirliyi məcbur deyil ki, konkret nəyəsə təşəbbüs
etsin. Biz xəbəri gördük, öyrənək, sonra baxacağıq”, - o
bildirib.
Ermənistan Dağlıq Qarabağda yeni müharibəyə
hazırlaşır. Erməni hərbi birləşmələri cəbhədə yeni
istehkamlar tikirlər.
Məlumata görə, Ağdam, Füzuli və Tərtər istiqamətində yeni
səngərlər qazılır. Erməni ekspertlər bunun yeni müharibəyə hazırlıq
olduğunu vurğulayıblar. Xüsusilə İrəvan Dağlıq Qarabağ
danışıqlarında yaranmış pauzanın cəbhədə yeni toqquşmlara gətirib
çıxaracağından narahatdır.
Rusiyanın erməniyönümlü “Regnum” agentliyi də yazır ki,
“Azərbaycan danışıqlarda yaranmış pauzaya dözməyəcək və ərazilərin
azad edilməsi istiqamətində hərəkətə keçəcək”.
Qeyd edək ki, ordumuzun Naxçıvan istiqamətində 11 min kilometr
ərazini işğaldan azad etməsindən sonra Ermənistanın müharibə
qorxusu daha da artıb.
Ermənistan
Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk
səhifəsində Rusiya istehsalı olan Su-30SM çoxfunksiyalı döyüş
təyyarəsinin kabinəsində fotosunu paylaşdı. Bundan
sonra Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyi haqda
müzakirələr başlandı. Ehtimallara görə, bu foto Rusiyanın
Ermənistandakı “Erebuni” bazasında çəkilmiş ola bilər. Lakin daha
çox Ermənistanın bu təyyarəni Rusiyadan aldığına dair ehtimallar
önə çəkildi.
Ermənistan Müdafiə Nazirliyindəki mənbə “Regnum” agentliyinə
Rusiya ilə Su-30SM təyyarələrinin alınması ilə bağlı danışıqlar
aparıldığı haqda məlumat verib. Yaxın dövrdə Rusiyanın bu
təyyarələri Ermənistana verə biləcəyi gözlənilir.
Paşinyan Rusiyadan aldığı yeni nəsil təyyarələrlə Azərbaycana hücuma hazırlaşır - SENSASİYA
Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin
almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya
çıxıb. Rusiyanın “Kommersant” nəşri Su-30SM-lərin
Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj Sarkisyan
hakimiyyəti dövründə bağlandığını yazıb.
“Müqavilə 2012-ci ildə imzalanıb. Müqaviləyə əsasən Su-30SM-lər
2024-cü ilə qədər Ermənistanın hərbi hava qüvvələrinə veriləcəkdi.
Lakin maliyyə çətinliklərinə görə sifariş təxirə salındı. Rusiya
müqaviləni Ermənistanın yeni hakimiyyəti ilə davam etdirmək
niyyətindədir”, - deyə nəşr yazıb.
Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - DETALLAR - VİDEO
İrəvan məhkəməsi çərşənbə axşamı qanunsuz silah
saxlamaq və başqasının əmlakını mənimsəməkdə ittiham olunan
Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı
Manvel Qriqoryanı həbs edib. O, iki ay müddətinə həbs
olunub.
Qriqoryan şənbə günü Milli Təhlükəsizlik Xidməti (MTX)
tərəfindən saxlanılıb.
MTX-nın mətbuat xidmətinin məlumatına görə, Qriqoryana məxsus
binalarda aparılan axtarışlar zamanı on minlərlə patron, qumbara,
partlayıcı maddə və atıcı silahlarla yanaşı, onlarla retro və
müasir avtomobillərin olduğu maşın parkı, həmçinin üzərində
"əsgərlər üçün" yazılmış ərzaq, gigiyena vasitələri, tibbi
ləvazimatlar və hərbi forma aşkar edilib.
Ermənistan parlamenti çərşənbə axşamı Qriqoryana qarşı cinayət
təqibinə başlamağa icazə verib.
Bir neçə gün əvvəl bağ evində qanunsuz silah və
döyüş sursatlarının aşkar edilməsi, həmçinin 2016-cı ilin aprel
döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə
təqsirli bilinərək həbs olunan sabiq müdafiə nazirinin müavini
Manvel Qriqoryanla bağlı yeni tükürpədici faktlar ortaya
çıxıb. Onun bağ evində axtarışlar zamanı aşkarlanan
arxiv fotoları erməni generalın azərbaycanlılarla yanaşı,
erməniləri də qul kimi saxladığı və onlara işgəncələr verdiyini
müəyyən edib.
Azərbaycanlıları evində qul kimi işlədən erməni generalın DƏHŞƏTLİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI - ŞOK VİDEOFAKT
Ermənistanda yeni hakimiyyət hərbi aviasiyanı
gücləndirmək istiqamətində fəal işə başlayıb. Dünən
müdafiə naziri David Tonoyan və milli təhlükəsizlik şurasının
katibi Armen Qriqoryan Müdafiə Nazirliyinin inzibati kompleksində
görüşüb.
Erməni nazirlər hərbi aviasiyanın gücləndirilməsi üzrə
proqramların hazırlanmasını müzakirə ediblər.
Ermənistanın hərbi aviasiyanı gücləndirməsi müharibə hazırlığı
olaraq qiymətləndirilir.
Ordumuzun yeni döyüş taktikası İrəvanı SİLKƏLƏDİ - Düşmən TƏCİLİ TOPLANDI
Ermənistanın müdafiə naziri David Tonoyan iyunun
22-də Ermənistanın şimal-şərq sərhədinə (Azərbaycanın şimali-qərb
sərhədinə -red.) baş çəkib. Bu haqda Ermənistan
Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk
səhifəsində yazıb.
Onun sözlərinə görə, nazir döyüş mövqelərində qoşun bölmələrinin
komandanlığı ilə görüşüb və operativ vəziyyətlə tanış olaraq
müəyyən təlimatlar verib.
Ermənistanın müdafiə nazirinin Azərbaycanın şimali-qərb sərhədi
ilə üzbəüz yerləşən döyüş mövqelərinə baş çəkməsi ötən ay Naxçıvan
cəbhəsində baş verənləri xatırlatdı.
Tonoyan səngərdən döyüş əmri verdi - Növbəti hücum bu İSTİQAMƏTDƏ OLACAQ
Ermənistanın baş naziri Nikol Paşinyan 11-12 iyul
tarixlərində Brüsseldə NATO-nun sammitində iştirak etməyə
hazırlaşır. Bu haqda “Jamanak” qəzetinə Ermənistan
hökumətindəki mənbə bildirib.
Kreml Paşinyanın bu addımına qəzəblənəcək – İrəvan Moskvadan imtina edir?
Türkiyə, İran, Yaxın Şərq
İyunun 19-da ABŞ Senatında Müdafiə Nazirliyinin
(Pentaqon) “Milli Müdafiə Səlahiyyəti Qanunu” adlı qanun layihəsi
qəbul edilib. 2019-cu il büdcəsi üçün 716 milyard
dollar ayrılmasını ehtiva edən qanun layihəsi 85 səs çoxluğu ilə
senatdan keçib.
ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: qanun Senatdan keçdi, bundan sonra...
“ABŞ Senatının “F-35” təyyarələrinin istehsalı
proqramında Türkiyənin iştirakını dayandırmasına alternativsiz
qalmayacağıq”. Bunu ölkənin baş naziri Binəli
Yıldırım iyunun 19-da ABŞ Senatının 2019-cu il üçün müzakirə edilən
müdafiə büdcəsinə münasibət bildirərkən deyib.
“Hadisələr çox uğursuz inkişaf edir. Ancaq Türkiyə alternativsiz
qalmayacaq. ABŞ Senatı tərəfindən qəbul edilən qərar təəssüf hissi
yaratmaqla yanaşı, həm də strateji tərəfdaşlıqla ziddiyyət təşkil
edir”, - deyə Binəli Yıldırım vurğulayıb.
ABŞ Senatının Türkiyəyə “F-35” qırıcılarını
bloklayan qanun layihəsini qəbul etməsinə baxmayaraq, iyunun 21-də
iki ədəd “F-35” Texas ştatında keçiriləcək bir mərasimlə Türkiyəyə
təslim edilib.
Türkiyə Silahlı Qüvvələri Qəndilə yekun hücum
ərəfəsində PKK-nın sonuncu dayaq nöqtəsi hesab olunan Hakurka daxil
olub. Bununla da Türkiyə hərbçiləri bir gün ərzində
Şimali İraqda 4 kilometrə qədər irəliləyib.
Qəndil əməliyyatı davam etdiyi bir vaxtda Türkiyə
mətbuatında şok iddia irəli sürülüb. Türkiyənin
“Aydınlıq” nəşrinin yazarı Rafet Ballı PKK liderlərindən ikisinin
ələ keçirildiyini və yaxın vaxtlarda Abdullah Öcalanın saxlandığı
İmralı həbsxanasına gətiriləcəyini iddia edib.
“Münbiçdə ABŞ-la bir işbirliyinə başladıq. Bu, gözəl
bir hadisədir. Əks halda, silahlı bir qarşıdurma ola
bilərdi”. Bunu ölkənin baş naziri Binəli Yıldırım
bildirib.
Bununla belə, baş nazir Türkiyə ictimaiyyətində ABŞ-a olan
etibarın 20 faizdən də az olduğunu deyib.
“Bu, qorxunc bir vəziyyətdir. Amma vəziyyəti düzəldəcək tərəf
biz deyil, ABŞ-dır”, - o vurğulayıb.
Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirilən
əməliyyatlara toxunan hökumət başçısı 400 kv. kilometr ərazinin
təmizləndiyini söyləyib. O, Şimali İraqda 11 müvəqqəti bazanın
qurulduğunu deyib.
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və
parlament seçkiləri keçiriləcək. Seçkilərə günlər qala müxtəlif
analitik, araşdırma və sosioloji mərkəzlər seçkilərin nəticələri
ilə bağlı proqnozlar və mümkün ssenarilər irəli
sürürlər. Proqnozlardan biri ABŞ-ın nüfuzlu
banklarından olan “JP Morgan” tərəfindən səsləndirilib.
Bankın baş iqtisadçısı Yarkın Cebeciyə görə, keçirilən son rəy
sorğuları seçkilərin üç mümkün nəticəsinin ola biləcəyini
göstərir.
Qardaş ölkə üçün ÜÇ SSENARİ – Okeanın o tayından qorxunc PROQNOZ
Türkiyədə iyunun 24-də keçiriləcək seçkilər öncəsi
Almaniyanın baş kansleri Angela Merkelin lideri olduğu Xristian
Demokrat Partiyası (CDU) Ankaranın ünvanına təhdid
səsləndirilib. CDU-dan olan Avropa Parlamentinin üzvü
Renate Sommer prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə
qazanacağı halda, Türkiyənin Avropa İttifaqına üzvlüyünün mümkün
olmayacağını bildirib.
“Avropa Parlamenti bu vəziyyətdə üzvlük müzakirələrinə son
qoyulmasını tələb edəcək”, - o deyib.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və
parlament seçkiləri keçiriləcək.
ABŞ və Türkiyə arasında əldə olunan razılaşmaya
əsasən, YPG terrorçuları Suriyanın şimalında yerləşən Münbiç
bölgəsindən iyulun 4-də çəkilməyə başlayacaq. Bu
haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu
bildirib.
ABŞ-ın YPG-yə minlərlə TIR silah-sursat verməsinə şərh edən
nazir silahları toplayacaq tərəfin ABŞ olduğunu deyib.
Rəsmi Tehran qarşıdakı günlərdə Qərblə imzalanan
nüvə sazişini tərk edə biləcəyini açıqlayıb. Bu
barədə İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi
danışıb.
“Nüvə sazişi hazırda “reanimasiya”dadır. Avropa Birliyinə üzv
ölkələrlə bir saziş əldə olunmayacağı halda Tehran sazişi tərk edə
bilər”, - nazir müavini bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla
bağlanan nüvə sazişini tərk etdiyini açıqlamışdı.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli
qəzetlərdən birində dərc etdirdiyi məqaləsində Tehran və Vaşinqton
arasında əlaqələrin düzəldilməsi üçün 15 şərt irəli
sürüb. Bu şərtlərdən biri ABŞ-ın İsraili nüvə
silahlarını məhv etməyə məcbur etməsidir.
Məhəmməd Cavad Zərif qeyd edib ki, ABŞ İsraili bölgə, həmçinin
beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan nüvə silahlarını məhv
etməyə məcbur etməldir.
İranın xarici siyasət idarəsinin başçısı həmçinin bildirib ki,
ABŞ ayrı-seçkilik siyasəti və insan hüquqlarını pozması səbəbiylə
İsraili qınamalı, Fələstin xalqının haqqlarını müdafiə etməli,
paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını
dəstəkləməlidir.
Bu məqalənin ABŞ-ın dövlət katibi Mayk Pompeo may ayında irəli
sürdüyü 12 şərtə cavab olduğu bildirilir.
“İsraili buna məcbur edin!” - İrandan ABŞ-a 15 ŞƏRT
ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyada əsas
hədəfi Suriya lideri Bəşər Əsədin devrilməsidir. Bu
haqda “Russia Today” telekanalına müsahibəsində Rusiyanın Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, bu, onlarda bir sıra səbəblərdən
alınmadı və koalisiyaya Suriya hökumətinin qeyri-legitim olduğunu
sübut etmək üçün “qanuni hüquqi mexanizmi tapmalıdır”.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Vilnüs Moskvanın hücumuna hazır
olmalıdır. Bunu Almaniyanın “Der Şpigel” jurnalına
müsahibəsində Litva Prezidenti Dalya Qribauskayte deyib.
“Biz müdafiəyə hazır olmasaq, təhlükə böyük olacaq”, - o
deyib.
Litva prezidenti: “Rusiya ilə müharibəyə hazır olmalıyıq”
Birləşmiş Ştatlar BMT-nin İnsan Haqları Şurasından
çıxıb. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki
Heyli elan edib.
"ABŞ BMT-nin İnsan Haqları Şurasından rəsmən çıxır", - deyə
Heyli Dövlət Departamentində jurnalistlər qarşısında çıxışı zamanı
bildirib.
ABŞ prezidenti Donald Tramp ölkənin ordu sisteminin
əhəmiyyətli növü kimi kosmik gücləri yaratmaq barədə göstəriş
verdi.
“Amerika kosmosda üstün olmalıdır. Bu, çox əhəmiyyətlidir. Buna
görə də bu dəqiqə Müdafiə Nazirliyinə ölkə ordusunun altıncı növü
kimi kosmik güclərin formalaşmasına gətirib çıxaracaq prosesə
başlamaq barədə göstəriş verirəm”, - Tramp Ağ Evdə Milli Kosmik
Şurasının üzvlərinin qarşısında çıxışında deyib.
Kosmosda təhlükəsizlik və hökmranlıq mövzusunu ilk dəfə ABŞ-ın
40-cı prezidenti (1981-1989) Ronald Reyqan gündəmə gətirdi.
Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
deyib ki, bu, Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti
dəfə təsdiq edir. Zaxarovanın sözlərinə görə, bu
addım bir daha sübut edir ki, ABŞ-ın kosmosda hərbi əməliyyatlar
aparmağa istiqamətlənmiş planları var.
Rusiya keçmiş Sovet İttifaqı ölkələrində ABŞ-ın
tibbi-bioloji fəallığından narahatdır. Bu haqda
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirib.
“Biz həqiqətən postsovet məkanında ABŞ-ın hərbi müəssisəsinin
tibbi-bioloji fəallığı ilə narahatıq. Hesab edirik ki,
amerikalıların bütün təminatlarına baxmayaraq, bu fəaliyyət keçmiş
Sovet İttifaqı respublikalarında yoluxucu xəstəliklərlə mübarizə
kimi humanitar hədəflər üçün deyil, əsasən Pentaqonun xeyrinə
həyata keçirilir”, - o brifinqdə deyib.
Daha əvvəl vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları
üzrə şuranın iclasında Rusiya prezidenti Vladimir Putin bildirib
ki, ABŞ-ın müxtəlif etnosların nümayəndələrindən hansı məqsədlə
bioloji materiallar toplaması Rusiya üçün anlaşılmazdır.
Azərbaycan sərhədlərində laboratoriyaların ŞOK HƏDƏFİ – Moskvadan SOS
ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri
yenidən qaydaya salmaq arzusunu ifadə edib. Amerika
lideri bu haqda Minnesota ştatında mitinqdə çıxışında bildirdi.
“Biz Rusiya ilə yola getmək istəyirik”, - Tramp vurğulayıb.
Daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer
Nauert nümayəndəsi bildirib ki, ABŞ Rusiya ilə daha möhkəm
münasibətlərə malik olmağı üstün tutur. Ağ Evdən isə açıqlayıblar
ki, Tramp və Rusiya prezidenti Vladimir Putinin mümkün görüşü üçün
Avstriyaya mümkün meydançalardan biri kimi baxılır.
NATO son onillikdə təhlükəsizlik sferasında ən
qeyri-müəyyən situasiyalarla üz-üzədir. Bunu Londonda
jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq
deyib.
“Biz təhlükəsizlik sahəsində ən qeyri-müəyyən situasiyalarla
üz-üzəyik. Bunlar sırasına beynəlxalq terrorizm, kütləvi qırğın
silahının yayılması, kiberhücumlar və öz qonşularına qarşı güc
tətbiq edən daha təcavüzkar Rusiya aiddir. Biz Krım və Solsberi
hadisələrindən sonra olduğu kimi, vahid qalmalı, həmrəyliyimizi
gücləndirməliyik”, – deyə o bildirib.
O, ABŞ-la NATO üzvləri arasında fikir ayrılığı olduğunu da
etiraf edib:
“Bəli, ABŞ-la digər müttəfiqlər arasında ticarət, iqlim
dəyişikliyi və İranla nüvə razılaşması məsələsində fikir ayrılığı
var. Avropanın özündə də AB-nin gələcəyi, dəyərlər və populizm
məsələlərində fikir ayrılıqları mövcuddur. NATO-nun daimi olaraq
qalacağı ehkam deyil, amma əminəm ki, biz onu qoruyub
saxlayacağıq”.
Koreya böhranı
“Ümid edirəm ki, yaxın vaxtlarda Şimali Koreya
tərəfindən Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen
Inla Amerika prezidenti Donald Tramp arasında əldə olunan
razılaşmanən icrası ilə bağlı konkret addımları görəcəyik. Amma
şəxsən mən konkret addımların olacağına əmin
deyiləm”. Bunu “Qazeta.ru”ya müsahibəsində Brukinqs
İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Bill
Klintonun xüsusi köməkçisi Stiven Payfer deyib.
“Mənim əsas narahatlığım Pxenyanın ölkənin denuklearizasiyası
üzrə konkret addımlara təşəbbüs edib-etməyəcəyi ilə bağlıdır. Amma
hesab edirəm ki, hər halda Sinqapurda keçirilən görüşün bir çox
müsbət tərəfi var. Ən azından qısamüddətli perspektivdə münaqişənin
baş vermə riskinin azaldığını qeyd etmək olar. Əgər Şimali Koreya
göstərilmiş istiqamətdə addımlar atmasa, Tramp belə nəticəyə
gələcək ki, Koreya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Trampın buna necə reaksiya verəcəyi isə sual altınadır”, -
prezidentin keçmiş köməkçisi söyləyib.
Onun sözlərinə görə, Şimali Koreyanı başa salmaq lazımdır ki,
nüvə döyüş sursatının Cənubi Koreya və Yaponiya ərazisində
partlayışı halında ABŞ Kim Çen In rejimini bir neçə saat ərzində
məhv edəcək.
ABŞ prezidenti Donald Tramp iyunun 22-də Koreya Xalq
Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyanı
daha bir il müddətinə uzadıb. Sanksiyalar KXDR-in nüvə və
raket proqramına, o cümlədən çirkli pulların yuyulması,
kiber-hücumlar, insan hüquqlarının pozulmasına qarşı yönəlib.
Ukrayna
İyunun 21-də Ukrayna Prezidenti Pyotr Poroşenko ilə
Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı
olub. Bu barədə məlumatı Ukrayna prezidentinin
mətbuat xidməti yayıb. Prezidentlər əsirlər məsələsini müzakirə
ediblər.
Poroşenko Putini Rusiya həbsxanaları və işğal edilmiş Ukrayna
ərazilərində saxlanılan əsirləri azad etməyə çağırıb.
“Ukrayna mənzili Moskva və Sankt-Peterburqa qədər
çatan reketlər istehsal etməlidir. Düşünürəm ki, belə silahın
birinci nümunələrini almaq üçün 1-2 il kifayətdir”.
Bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının sabiq rəis
müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko
“Obozrevatel” nəşrinə müsahibəsində bildirib.
Bir ilə Moskvanı vurmaq mümkün olacaq – Generaldan ŞOK İDDİA
“Əgər ABŞ prezidenti Donald Trampın özündən asılı
olarsa, o, Krımın Rusiyaya birləşməsini tanıya
bilər”. Bunu “Rossiya 1” telekanalın efirində
Atlantik Şurasının aparıcı eksperti Ariel Koen bildirib.
Trampın bu qərarı dünyanı ŞOKA SALACAQ
“Avropa Ukraynaya dözməkdə bezib. O, Kiyevi qulpsuz
çamadan kimi atacaq”. Bu haqda Rusiyanın Liberal
Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.
Jirinovski: “Ukraynanın çox hissəsi Rusiyaya keçəcək”