Yəməndən Səudiyyə Ərəbistanının paytaxtı Riyada atılan iki ballistik raket havada məhv edilib.
Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası olan “Əl-ihbariyyə"də məlumat verilib. Xəbərdə bu barədə başqa məlumat verilməyib.
Husilərin “Əl-Mesira” televiziya kanalının məlumatında isə "Burkan-2" (Vulkan 2) ballistik raketlərinin atıldığı, Riyadda yerləşən Müdafiə Nazirliyinin Məlumat Mərkəzi və digər bəzi hədəflərin vurulduğu iddia edilib.
Günay Elşadqızı / METBUAT.AZ