Çinlə qlobal iqtisadiyyata təsir edəcək ticarət müharibəsinə girən ABŞ, gərginliyi artırmaq üçün yeni addım atmağa hazırlaşır.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” qəzetində məlumat verilib. Məlumatda bildirilir ki, ABŞ Xəzinə Nazirliyi sənayedə əhəmiyyətli texnologiya sayılan ABŞ şirkətlərinin Çinə məhsul idxal etməyinə maneə yaradacaq plan hazırlayır, ancaq Nazirlik hələ ki, planı dəqiqləşdirməyib.
Məlumatda deyilir ki, ABŞ Milli Təhlükəsizlik Şurası və Ticarət Departamenti bu addımla sənayedə əhəmiyyətli texnologiyaların Çinə göndərilməsinin qarşısını almaq istəyir.
Hələ ki, Ağ Ev, Xəzinə Nazirliyi və Ticarət Departamenti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Günay Elşadqızı / METBUAT.AZ