Ötən gün keçirilən parlament seçkilərində Türkiyə Böyük Millət Məclisində (TBMM) yer alacaq 600 millət vəkilinin adı müəyyən olunub.

Metbuat.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, seçki qutularının 77 faizindəki səslər hesablanıb. Səsvermə bülletenlərinin sayılması nəticəsində hakim Ədalət və İnkişaf Partiyası 293, Cumhuriyyət Xalq Partiyası 146, Xalqların Demokratik Partiyası 67, Milliyyətçi Hərəkat Partiyası 50, İYİ Partiyası isə 44 mandat qazanıb.

Millət vəkillərinin tam siyahısı və parlament seçkilərinin yekun nəticəsi xaricdəki səsvermələr daxil olmaqla, səslərin hamısının sayılmasından sonra bəlli olacaq. Yekun nəticələrdən sonra partiyalar arasındakı mandat nisbətində dəyişikliklər olacağı istisna edilmir.

Günay Elşadqızı / METBUAT.AZ