ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları
müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə
Mirəliyeva olub.
Publika.az xəbər verir ki, ötən verilişdə müğənninin
nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı
qarşılanmayıb. Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə
Əliyevanın qalmaqalı yenidən böyüyüb.
Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin
iddialar səsləndirib:
“Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk
edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub
gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin
qızınız da ərinin üstündə fironqluq edir. Necə ki, oğlunuz da
Aylanı döyürdü. Taleh onu döyürdü”.
Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə
qalxıb:
“Döyürdü, əccəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib
oğlumla qaçıb” .
Daha sonra müğənnin qızı Samirə qardaşı Taleh Mirəliyevin
qızı qaçırdığını yox, qızın Talehi qaçırdığı iddiasına cavab
verib:
“Qız qardaşımı qaçırıb. Bilmirsiz danışırsız. Qardaşımın 19 yaşı
olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət
olub, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün
zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı
ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni
ailələr bir-birini istəmirdi. Bu qız artıq zəng edib, qardaşıma
deyib ki, mən evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq,
götürüb gedib və bunun cəzasını da çəkib”.
Taleh Mirəliyev isə özünü belə müdafiə edib:
“Mən onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə
göndərmişəm. Sonra qayıdıb və yenidən qaçıb Türkiyəyə. Onu gedib
Türkiyədən tapmışam. Yaxşı qadın Türkiyəyə qaçar? 2 min kilometr
gedəndə fikirləşmirdi ki, hara gedirdi?”.