Yunıstanda polislə nümayişçilər arasında qarşıdurma yaşanıb

Yunanıstanın Selanik şəhərində, Yunan və Makedoniya hökumətləri arasında əldə olunan "ad problemi" məsələsilə bağlı müqaviləyə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Salonik Ticarət Sərgisi ərazisində, Radikal Sol İttifaq Partiyası (SYRİZA) tərəfindən təşkil edilən konfrans binasının qarşısında toplaşan qrup, hökumət əleyhinə şüarlar səsləndirərək içəri girməyə çalışıb.

Əllərində yunan bayraqları olan etirazçılar yaxınlıqdakı zibil qutularını yandıraraq binanın giriş qapısını qırıb. Bundan sonra təhlükəsizlik qüvvələri göz yaşardıcı qazdan və səs bombasından istifadə edərək müdaxilə etməli olub.

Polislərə daş atan etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma səbəbindən şəhərin mərkəzindəki bəzi küçələrdə avtomobilin nəqliyyatı dayandırılıb. Şəhər meydadındakı Çimiski küçəsində olan bəzi avtomobillərin zərər görürdüyü bildirilib. Hadisə ilə bağlı 3 nəfər tutulub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR