ABŞ-ın Kaliforniya ştatının şimalında Lake Country ərazisində dəhşətli meşə yanğını nəticəsində 31 km-dək ərazi külə dönüb.

Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Kaliforniyanın Meşə və Yanğından Müdafiə İdarəsinin açıqlamasında deyilir ki, yanğın səbəbilə 3000 insan təcili olaraq ərazidən evakuasiya edilib.

Yanğın zamanı 22 ev və bina zərər görsə də, ölən və xəsarət alan olmayıb. Kaliforniyanın qubernatoru Cerri Braun yanğını söndürmək üçün daha çox qaynaq tapa bilmək üçün ərazidə fövqəladə vəziyyət elan edib.

Günay Elşadqızı / METBUAT.AZ