Rusiyada keçirilən dünya çempionatında iştirak edən Peru millisinin futbolçusu Cefferson Farfan arzuolunmaz durumla üzləşib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, məşq zamanı zədələnən 34 yaşl hücumçu 30 dəqiqə komada qalıb.

Komanda yoldaşı ilə toqquşaraq huşunu itirən Farfan dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin sabit olduğu bildirilir.

Qeyd edək ki, bu səbəbdən futbolçu C qrupu çərçivəsində keçiriləcək Avstraliya - Peru matçında iştirak etməyəcək.

Milli.Az