Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib.
Publika.az xəbər verir ki, C qrupundan Fransa ilə yanaşı, Danimarka da mərhələ adlayıb. III turda bu iki komanda arasında keçirilmiş görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bu, mundialda qolsuz tamamlanan yeganə qarşılaşma olub.
Bununla da xallarını 7-yə çatdıran Fransa qrup lideri, 5 xala malik Danimarka isə 2-ci yerin sahibi olub. C qrupunun digər görüşündə isə Peru Avstraliyanı 2:0 hesabı ilə yenərək, 3 xalla 3-cü yeri tutub. 2 xalı olan Avstraliya isə sonuncu olub.
1/8 finalda Danimarka Xorvatiya ilə üz-üzə gələcək. Fransanın rəqibi isə D qrupunda 2-ci yerin sahibi olacaq. Hazırda həmin pilləyə Nigeriya, İslandiya və Argentina iddialıdır. Bu axşam saat 22:00-da başlanacaq görüşdə Xorvatiya İslandiya ilə, Nigeriya isə Argentina ilə qarşılaşacaq.
DÇ-2018
III tur
26 iyun
C qrupu
18:00. Danimarka - Fransa - 0:0
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canluka Rokki, Mauro Tonolini (hər ikisi İtaliya)
Moskva, "Lujniki" stadionu
18:00. Avstraliya - Peru - 0:2
Qollar: Andre Karrilyo, 18. Paolo Gerrero, 50
Hakimlər: Sergey Karasyov, Anton Averyanov, Tixon Kalugin (hamısı Rusiya), Riuji Sato, Toru Saqara (hər ikisi Yaponiya)
Soçi, "Fişt" stadionu
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında C qrupunun III tur matçında Danimarka və Fransa yığmaları üz-üzə gəlib.
"Report" xəbər verir ki, Moskvadakı "Lujniki" stadionunda keçirilən oyun qolsuz bərabərliklə başa çatıb: 0:0.