Dünya çempionatının C qrupunda keçirilən Avstraliya - Peru görüşünün ən yaxşı futbolçusu açıqlanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçdan qalib ayrılan ikincilərin yarımmüdafiəçisi Andre Karrilyo bu baxımdan seçilib.
Belə ki, FİFA 18-ci dəqiqədə hesabı açan futbolçunu ən yaxşı seçib.
Qeyd edək ki, Avstraliyanı 2:0 hesabı ilə məğlub edən Peru qrupu 3-cü pillədə başa vurub.
Milli.Az