Böyük Britaniya kraliçası II Elizabet ölkənin Avropa İttifaqından çıxmasına dair qanun layihəsini təsdiqləyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bununla sənəd qanun statusu əldə edib.

"İcmalar palatasını məlumatlandırmalıyam ki, kraliça təsdiqnaməsi haqqında 1967-ci il qanununa uyğun olaraq, Əlahəzrət Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair qanun layihəsinə öz razılığını verib", - deyə Birləşmiş Krallıq parlamentinin aşağı palatasının spikeri Con Berkou bəyan edib.

Kraliçanın təsdiqlədiyi qanun Britaniyanın 2019-cu ilin 29 martında Avropa İttifaqından çıxmasından sonra tətbiq ediləcək.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-dan çıxmasından sonra ikinci keçid dövrünə dair layihəni üzv dövlətlərlə razılaşdırmağa hazırlaşır.

Milli.Az