Avstraliya millisinin baş məşqçisi Bert van Marveyk istefa verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin son turunda Perudan alınan 0:2 hesablı məğlubiyyətdən sonra holland mütəxəssis vəzifəsindən ayrıldığını bəyan edib:

"Mən millidən gedirəm. Bu, fantastik period idi. Yaşadıqlarımı heç vaxt unutmayacağam. Biz göstərdik ki, heyətimizdə dünya səviyyəli ulduz olmadan da yaxşı oynaya bilərik.

Gələcək karyeramla bağlı indi nəsə deyə bilərəm. Millidə çalışdığım üçün şadam. Amma bundan sonra nə olacağını zaman göstərəcək".

Qeyd edək ki, 66 yaşlı mütəxəssis Avstraliya yığmasını bu ildən çalışdırırdı. Daha əvvəl o, Hollandiya və Səudiyyə Ərəbistanı millilərində, eləcə də vətənində bir neçə klubda işləyib.

Milli.Az