Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı yazılı açıqlama yayılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yazılı açıqlamada bildirilib ki, ABŞ prezidenti Donald Tramp yenidən prezident seçilməyini təbrik etmək, müttəfiq və strateji tərəfdaşlar olaraq ABŞ ilə Türkiyə arasındakı güclü bağların yenidən davam etməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Dövlət başçılarının telefon danışığı zamanı ikitərəfli münasibətlər müzakirə olunub: “Birgə strateji problemləri müzakirə edən dövlət başçıları, ölkələr arasındakı iş birliyini artırmaqla bağlı öhdəlikləri yenidən dilə gətiriblər. Eyni zamanda, Mənbiç üçün birgə yol xəritəsinin həyata keçirilməsi və terrorizmə qarşı mübarizə ilə bağlı birgə işin davam etdiriləcəyi qeyd edilib”.

Günay Elşadqızı / METBUAT.AZ