Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyya Ağayeva ADQ-nun vitse-prezidentləri seçiliblər.
Metbuat.az-ın məlumatına görə, Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.