“Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi paradda səsləndirdiyi fikirlər Ermənistanda “günün günorta çağında şimşək çaxması” effekti yaradıb”.
Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili, politoloq Elman Nəsirov deyib. Millət vəkilinin sözlərinə görə, erməni “ekspert”ləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının hər bir fikri üstündə baş sındırmaqdadılar: “Bu baxımdan rusiyalı ekspert Armen Qasparyanın yanaşmaları erməni “ekspert” dairələri arasında ciddi təlaşın yaşandığının təsdiqi kimi də dəyərləndirilə bilər. Birincisi, Qasparyan yeni Ermənistan rəhbərliyini faktiki olaraq Azərbaycan qarşısında acizlikdə ittiham edir, onu simmetrik tədbirlər görməməkdə təqsirləndirir. İkincisi, Azərbayan ordusunun hərbi xərclərinin 2003-cü ildən bəri 15 dəfə artırılması ilə bağlı Prezident İlham Əliyevin mövqeyinə şərh verən erməni “ekspert” Azərbaycanın “total müharibəyə” hazırlaşdığını vahimə içərisində bəyan edir”.
Elman Nəsirov qeyd edib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır.”, -fikirləri isə Armen Qasparyanın sözün əsl mənasında “yuxusuna haram qatıb”: “Bu vəziyyətdə Ermənistan rəhbərliyidən konkret və adekvat mövqe gözləməyin əbəs olduğuna ehyam vuran Qasparyan bütün ümüdlərini beynəlxalq ictimaiyyətə bağlayır. Sonra isə məyus halda bu kəlmələri işlədir ki, “ beynəlxalq ictimaiyyət də yəqin ki, növbəti dəfə susmağa üstünlük verəcək”. Bələliklə, Azərbaycan ordusunun gücü qarşısında düşmən tərəf, tibbi dillə desək, “apatiya sindromu”na yoluxub, sabaha ümidini itirib. Məğlub ovqatın təsiri altındadır. Çarə isə var. İşğala son qoymaq yegənə çıxış yoludur. Nicat yalnız bundadır. Papaqlarını qarşılarına qoyub düşünsünlər. Əgər varsa...”
“Bugünkü hərbi parad düşmənlərimizə mesaj idi” - AÇIQLAMALAR