Dünyanı dəyişdirəcək GÖRÜŞ, təhlükəli planın DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
119 baxış·6 dəq oxu
Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlər
keçirəcək. ABŞ İranı nüvə silahını yaratmaq niyyətindən imtina
etməməkdə ittiham edib. İran Rusiya, Böyük Britaniya, Fransa, Çin
və Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin”
görüşünün keçirilməsini təklif edib. Rusiya və ABŞ prezidentləri
iyulun 16-da Helsinkidə görüşəcəklər. Vaşinqton Avropada yerüstü
raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik
bərpasına başlayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən
6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik
və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri
keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata
görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər
zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya
qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək
müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Ordumuz işğal edilmiş əraziləri azad etmək üçün HƏRƏKƏTƏ KEÇİR: 20 min əsgər, yüzlərlə texnika...
Suriyadan son bir neçə gün ərzində 13 təyyarə, 14
vertolyot və şəxsi heyətin 1140 üzvü çıxarılıb. Bu
haqda Rusiya prezidenti Vladimir Putin Kremldə ali hərbi
məktəblərin məzunları ilə görüşündə deyib.
ABŞ qarşımızda diz çökəcək. Bunu
jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani deyib.
“Heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcəyik. Milli,
tarixi yüksəkliyimizi qoruyub saxlayacağıq və ABŞ-ı diz
çökdürəcəyik”, - o bildirib.
Daha əvvəl isə ABŞ-ın Dövlət katibi Mayk Pompeo
İranla bağlı açıqlama yayıb. O, Rusiyanın İranı
Suriyadan çıxarmalı olduğunu bildirib:
“Söhbət burada Rusiyanın imkanlarından gedir. Əgər Rusiya
iranlıların Suriyadan getməsinə nail olsa, o zaman mən bunu
alqışlayacağam”.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT)
daimi təmsilçisi Nikki Heyli İranla bağlı növbəti açıqlama
verib. N. Heyli İranı Yaxın Şərqə silah göndərmək,
səyahət qadağalarına meydan oxumaq və terror təşkilatlarına dəstək
verib bölgənin sabitliyi pozmaqda ittiham edib.
“Birləşmiş Ştatlar İrana təzyiq göstərməyə davam
edəcək və hesab edir ki, başqa ölkələr də bu istiqamətdə Vaşinqtonu
dəstəkləyəcək”. Bu haqda Nyu-Dehlidə “Observer
Research Foundation” tədqiqat mərkəzində çıxışında ABŞ-ın BMT-dəki
daimi nümayəndəsi Nikki Heyli bildirib.
Onun sözlərinə görə, Birləşdirilmiş Ştatlar hesab edir ki, İran
nüvə silahını yaratmaq niyyətindən imtina etməyib.
Amerika diplomatı Donald Tramp administrasiyasının İranla nüvə
sazişindən çıxışı haqqında qərarın səbəbini izah edib. Heylinin
sözlərinə görə, ABŞ İranda təhdid mənbəyi görür və belə fikir
gümanlarla deyil, sübutlarla əsaslandırılıb.
“İranla sazişə baxmayaraq, biz görürük ki, ölkə rəhbərliyi BMT
Təhlükəsizlik Şurasının qətnaməsini pozmağa davam edirlər. Onlar
ballistik raketlərin hazırlanmasına davam edirlər. Onlar Yəməndə
üsyançılara silah satmağa davam edərək terrorizmi dəstəkləyirlər.
Yaxın Şərqdə hər münaqişənin arxasında İranı görürük”, - ABŞ-ın
daimi nümayəndəsi iddia edib.
O təsdiqləyib ki, Birləşdirilmiş Ştatlar siyasi və iqtisadi
təzyiqin köməyi ilə İranı danışıqlar stoluna oturmağa, güzəştə
getməyə və nüvə proqramı haqqında dəyişikliklərə məcbur etmək
niyyətindədir.
“Biz İrana təzyiq göstərməyə davam etmək niyyətindəyik və ümid
edirik ki, bizə başqa ölkələr də bizə qoşulacaq. Çünki, İran bizim
gözlərimizdə daha bir Şimali Koreyadır”, - amerikalı diplomat
deyib.
İran Rusiya, Böyük Britaniya, Fransa, Çin və
Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin”
görüşünün keçirilməsini təklif edib. Bu haqda
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey
Ryabkov bildirib.
Tehran 5 ölkəni ABŞ-a qarşı birləşməyə çağırdı
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald
Tramp iyulun 16-da Helsinkidə görüşəcəklər. Bu haqda
Kremldən bildiriblər.
Rusiya və ABŞ liderlərinin görüşünün keçirilməsi haqqında son
razılaçma Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con
Boltonun iyunun 27-də Moskvaya səfər zamanı əldə edilib.
Hada əvvəl ABŞ prezidenti bildirib ki, Rusiya prezidenti ilə
Suriya və Ukrayna məsələlərini müzakirə etmək niyyətindədir.
“London ehtiyat edir ki, ABŞ prezidenti Donald Tramp
və Rusiya lideri Vladimir Putinin mümkün razılaşmaları NATO-da
böhran yarada bilər”. Bu haqda “The Times” qəzeti
yazıb.
Qeyd edilir ki, Britaniya hökumətinin üzvləri qorxularını ifadə
edirlər ki, Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə
öz öhdəliklərinin həcmini azaltmağa inandıra bilər.
Putin və Tramp bu məsələlərdə RAZILAŞACAQ – Britaniyadan SOS
Vaşinqton Avropada yerüstü raket qurğularının
yerləşdirilməsi üçün infrastrukturun praktik bərpasına
başlayıb. Bunu Federasiya Şurasında çıxış edən zaman
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun
sözlərinə görə, Moskva ABŞ-ın bu addımını cavabsız qoymayacaq:
“Zamanında ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi haqqında
razılaşma çərçivəsində "Tomaqavk" ailəsinə aid raketlər üçün
nəzərdə tutulan yerüstü infrastrukturu ləğv etmişdi. Bu imkan verdi
ki, bu tip silahların quruda yerləşdirilməsi potensialını etibarlı
şəkildə ləğv edə bilək. Lakin üstündən bir neçə onil keçdikdən
sonra ABŞ bu cür infrastrukturu quruda bərpa etməyə başlayır və
bununla da imzaladığı razılaşma çərçivəsində üzərinə götürdüyü
öhdəliyi pozmağa çalışır. Söhbət xüsusilə Avropada yerləşdirilən
"Aegis Ashore" hava hücumundan müdafiə kompleksləri, eləcə də
çoxfunksiyalı Mk-41 qurğularının genişləndirilməsindən gedir. Bu
qurğular orta mənzilli raketlərin buraxılması üçün istifadə edilə
bilər. Destabilizasiya yaradan bu addımı biz cavabsız qoya
bilmərik”.
Bu gün Ukraynanın şərqində yaradılan “Donetsk Xalq
Respublikası”na (“DXR”) Rusiyanın Fövqəladə Hallar Nazirliyinin
(FHN) 78-ci humanitar konvoyu çatır. Bu barədə
“DXR”dən bildiriblər. Vurğulanıb ki, söhbət 288 ton yükdən gedir.
Ukrayna tərəfi də humanitar yardım adı altında Donbasa növbəti
silah partiyasının çatdırıldığını iddia ediblər.
Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər Rusiyada
futbol üzrə dünya çempionatının tamamlanmasından sonra Donbasda
münaqişənin eskalasiyası ssenarisini tamamilə ehtimal hesab
edilər.
Rusiya cəbhə bölgəsində təhlükəli PLANI İŞƏ SALIR - Ekspertlər bütün DETALLARI AÇDI
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin
inkişafının Avropa və avroatlantik kursu haqqında Konstitusiyaya
dəyişikliklərini yaxın vaxtlarda Ali Radasının müzakirəsinə daxil
edəcək. Bu haqda dövlət başçısı Ukraynanın
Konstitusiya günü münasibəti ilə təntənəli tədbirdə çıxış zamanı
bildirib.
“Yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklər üzrə layihəni Ali
Radanın müzakirəsinə təqdim edəcəm. Dəyişikliklər bir-biri ilə sıx
bağlı olan iki strateji hədəfimizi möhkəmləndirəcək. Bunlar
Ukraynanın Avropa İttifaqı və NATO-ya girişidir”, - Poroşenko
vurğulayıb.
Prezident əminliyini ifadə edib ki, parlamentdə bu
dəyişikliklərin səsverməsi üçün 300 səs toplamaq imkanıp var.
Poroşenko həmçinin bildirib ki, Kiyevin Krım üzrə mövqeyi
ölkənin əsas qanununda əksini tapmalıdır.
O, Konstitusiya komissiyasını layihənin hazırlanması üzrə işi
aktivləşdirməyə çağırıb.
Ukrayna prezidenti iyunun 15-də bildirib ki, Konstitusiya
komissiyası layihə üzərində işi başa çatdırmaq üzrədir.