"Porto" klubunun hücumçusu Mussa Mareqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunu əldə etmək istəyən klublar sırasında Chelsea, Tottenham, Everton və West Ham Yer alır.
Mediada yayılan məlumatlarda Almaniyanın Şalke klubunun da bu hücumçu ilə maraqlandığı deyilir. Müştərinin çox olması Mareqanın satış qiymətinə də təsir edib. Belə ki, transfer üçün 25 milyon avro tələb edən "Porto" klubu qiyməti 40 milyon avroya qədər artırıb.
Bu mövsüm Portuqaliya çempionatında 29 oyun keçirən Mareqa 22qol vurub, 4 məhsuldar ötürmə edib.
Milli.Az